Şənbə , Aprel 27 2024
azfa

İrqçi fars rejim artıq işçilərin əmək haqlarını ödəyə bilmədiyi etiraf edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim dağıdıcı siyasəti üzündən artıq o vəziyyətə düşüb ki, işçilərin əmək haqlarını ödəməkdə çətinliklə qarşılaşır.

Rejimin Sənaye, Mədənlər və Ticarət naziri Rza Rəhmani Şahrezadakı Razi Sənaye Şəhərində yerləşən bir sıra sənaye bölmələrini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib ki, 1.200-də istehsal müəssisəsində işçilərin maaşlarının ödənilməsi ilə bağlı problemlər var.

 “Ölkənin sənaye sahələrinin 10 faizi İsfahan vilayətində yerləşir. İsfahanın vəziyyəti digər vilayətlərdən daha yaxşıdır və sənaye sahələrində problemləri azdır. Bəzi istehsal bölmələri texnologiya və istehsal xətlərinin modernləşdirilməsini, bazarların tapılmasını və səhmdar problemlərinin həllini tələb edir. Hazırda ölkənin istehsal müəssisələrinin 1.200-ü işçilərinin əmək haqlarını ödəməkdə çətinlik çəkir. Ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısını almaq üçün ölkədə motosiklet istehsalının 10 faizinin elektrikli olması qanuni bir öhdəliyimizdir”, – o bildirib.

Naziri Mobarikə Polad Kompleksinin “API” turş neft və qaz istehsal xəttinin açılışını da edib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın