Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Kazım Səfabəxşi 13 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Traxtur komandasının Tehrandakı lideri azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxşi 13 il həbsə məhkum etdi.

Azərbaycanlı fəal yaxınlarına bildirib ki, rejimin Tehranda yerləşən inqilab məhkəməsinin 28-ci şöbəsində məhkəmə rəisi onun haqqında həmin qərarı şifahi şəkildə elan edib.

Heç bir günahı olmayan fəal rejim tərəfindən şərlənərək, “Separatçı qrup yaradıb idarə etmək”, “İctimai rəyi çaşdırmaq” və “Sistem əleyhinə təbliğ”də ittiham edib. Bu saxta ittihamlarla azərbaycanlı fəala ən yüksək həbs cəzası, yəni 13 il həbs vermişlər.

Rejimin Moqisə adlı üzdəniraq hakimi Səfabəxşin bir Telegram qrupunda ədminlərdən biri olmasını separatçı qrupa üzv kimi qələmə vermiş, həmçinin azərbaycanlı fəalın Tehran kitab sərgisində “Haray-haray mən türkəm” sözü yazılmış banner daşıdığı və Səttarxanın məzarı üstündə şəkil çəkdirdiyi üçün ona 13 il həbs cəzası vermişdir.

Qeyd edək ki, azərbaycanlı fəal 25 noyabr 2018-ci ildə Tehranda yaxalanmış və Evin zindanına salınmışdır.  

Həmçinin yoxlayın

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Bir cavab yazın