Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejim azərbaycanlı milli fəal Əlirza Fərşini Fəşafuye zindanının 2-ci bölməsinə köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ana dilində təhsil tələbi etdiyi üçün həbs etdiyi tanınmış azərbaycanlı fəal Əlirza Fərşini Fəşafuyə zindanının 2-ci bölməsinə köçürülüb.

Azərbaycanlı fəal yaxınları ilə qısa telefon əlaqəsində Fəşafuyə zindanının karantin böməsindən 2-ci bölməyə köçürüldüyünü bildirib.

Əlirza Fərşi sentyabrın 8-də qanunsuz olaraq rejimin ETTELAAT qüvvələri tərəfindən Tehranın Evin zindanından Fəşafuyə zindanına köçürülmüşdü.

Bu zindan məhbusların saxlanılması üçün standartlara uyğun deyil, eyni zamanda məhkumların işlədiyi cinayətə görə ayrı bölmələrdə saxlanılması prinsipinə əməl edilmir.

Rejimin məhkəmə məsullarının Fərşi ailəsinə verdiyi məlumata əsasən, Fərşinin yeni zindana köçürülməsi tamamilə  qanunsuz addımdır və Tehranın ETTELAAT İdarəsi bu işi həyata keçirib.

Əlirza Fərşinin Fəşafuyə zindanına köçürülməsinin daha əvvəl məhkəmə rəsmilərinə yazdığı etiraz məktublar ilə əlaqədar olduğu təxmin edilir. Fəşafuyə zindanının məsulları həmçinin azərbaycanlı milli fəalın İran məhkəmə sisteminin sədrinə ünvanladığı açıq məktubun göndərilməsinə də mane olmuşdular.

Qeyd edək ki, Əlirza Fərşi İran məhkəmə sisteminin sədrinə və Evin zindanı rəisinin məhkəmə işləri üzrə müavininə ünvanlandığı açıq məktublarda zindanın ağır və dözülməz şəraitinə etirazını bildirmişdi.

Azərbaycanlı fəal həmçinin həbs olunduğu zaman təhlükəsizlik qüvvələrinin onu qarşı güc tətbiq edərək kobud və təhqiredici ifadələrdən istifadə etmələrini açıqlamışdı.

Fəal iyulun 21-də Tehranda irqçi fars rejimin qüvvələri tərəfindən yaxalanaraq zindana salınmışdı. Buna səbəb isə onun 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 2 il həbs və 2 il sürgünə məhkum edilməsi olub.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın