Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejim həbs etdiyi azərbaycanlı fəalları işgəncə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim son etirazlar dövründə yaxaladığı azərbaycanlı fəalları işgəncə edir.

Fəalların Təbrizdə bəziləri ağır cismi və ruhi işgəncələrə məruz qaldığı söylənilir.

Əkbər Mühaciri, Məhəmməd Mahmudi, Davud Şiri, Əyyub Şiri, Babək Hüseyni Müqəddəm, Yaşar Piri və Şahin Bərzgər irqçi fars rejimin ETTELAAT İdarəsinin təcridxanasında ağır işgəncə edilməkdədirlər.

Yaxalanan başqa azərbaycanlı fəalların vəziyyəti barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, həmin azərbaycanlı fəalların dosyesinə hakim Musəvi tərəfindən araşdırılır. Rejimin əlaltısı olan Musəvi hər zaman məhbusların ailə üzvləri ilə təhqiramiz şəkildə davranır.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Bir cavab yazın