Çərşənbə , İyul 2 2025
azfa

İrqçi fars rejim Hörmuz boğazında İngiltərə neft tankerini müsadirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu İslam İnqilabı Keşikçilər Korpusu Hörmuz boğazında saxlanılan İngiltərə neft tankerini müsadirə edib.

Bu haqda İrandan verilən açıqlamada deyilir.

İranın bu açıqlamasından sonra İngiltərənin təcili təhlükəsizlik toplantısının keçirdiyi bildirilir. Bölgədə çoxlu sayda ABŞ və ingiliz döyüş gəmisinin olmasına baxmayaraq, İranın bir neft tankerini müsadirə etməsinin hərbi gərginliyə gətirib çıxaracağı gözlənilir.

 “Stena Impero” tankerində 23 ekipaj üzvü var. İran ordusunun tankeri ələ keçirmək üçün çoxlu sayda katerlə hücum etdiyi iddia edilir.

Qeyd edək ki, ötən həftə İngiltərə Cəbəllütariqdə Suriyaya gedən İran neft tankerini ələ keçirib.

Həmçinin yoxlayın

İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub

Azərbaycan Hökumət Komissiyasının qimətləndirməsinə əsasən hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində …

Urmiya gölünün durumu daha da pisləşib

GADTB: Urmiya gölünün durumu son günlər daha da pisləşib. Keçən ilin eyni dövrü ilə müqayisədə …

Bir cavab yazın