İrqçi fars rejim Tehranda erməni olimipiyadası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Tehranda ermənilərə olimpiyada keçirir.

Artıq keçən həftənin cümə günündən Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi Rəfsəncaninin iştirakı ilə Tehranın “Ararat” klubunda bu ölkədə yaşayan ermənilərin 51-ci olimpiyada oyunları keçirilir.

İrqçi fars rejim Ermənistanla münasibətlərini daha da dərinləşdirmək və möhkəmləndirmək üçün bu ölkədə hər il Türkiyə və Azərbaycan əleyhinə hər növ tədbirlərin keçirilməsinə icazə verir. Bundan başqa aprel ayında ermənilərin uydurduqları “soyqrım” yürüşünü də keçirilər.

Qeyd edək ki, cari ilin fevral ayının 27-də, yəni Xocalı soyqrımının 27-ci il dönümündən 1 gün sonra isə iqrçi fars rejimin rəsmilərinin dəvətilə Tehrana gedən Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkədə yaşayan ermənilərlə “Ararat” klubunda görüşmüşdü. Həmin görüş zamanı Azərbaycanın ərazi bütövlüyü əleyhinə plakatlar açılmışdı. Quzey və güney azərbaycanlılar buna etiraz etsələr də, İran rejimi bunun qarşılığında susmağa və formal açıqlamalar verməyə üstünlük vermişdi.

İndi isə rejim yenə Antiazərbaycan ənənələrinə sadiq qalaraq ermənilərə olimpiyada keçirir.

Həmçinin yoxlayın

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

Bir cavab yazın