Şənbə , Aprel 27 2024
azfa

İrqçi fars rejimin hərbi bazası vuruldu, 10 hərbçisi öldürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Suriyanın şərqində yerləşən Hərbi Qüvvələrinə hücum edilib.

İsrailin F-35 təyyarələri ilə həyata keçirilən hücum nəticədə 10 İran hərbçisi ölüb.

Bu barədə mərkəzi İngiltərədə yerləşən Suriya İnsan Hüquqları Müşahidə Şurası (SOHR) məlumat yayıb.

Məlumatda hücumun Suriyanın şərqində İraq sərhədinə yaxın Əbu Kamal bölgəsində gerçəkləşdirildiyi qeyd olunub.

Hücumun kim tərəfindən təşkil olunduğu barədə məlumat verilməsə də, srailin belə hücumları həyata keçirdiyi hamıya məlumdur.

Qeyd edək ki, daha əvvəl eyni yerdə F-35 qırıcıları ilə aviazərbələr endirilmiş, nəticədə 18 İran hərbçisi həlak olmuşdu.‍

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın