Cümə , Aprel 26 2024
azfa

İrqçi fars rejimin qanunsuz neft daşıyan gəmiləri hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim neft sanksiyalarına rəğmən qanunsuz neft daşımalarına davam edir. Artıq İranın “Sinopa” adlı neft tankerində partlayış olub.

Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında baş verən hadisədən sonra yanğın meydana gəlib.

Hadisə ilə bağlı İrandan verilən ilk açıqlamada partlayışın səbəblərinin araşdırıldığı, səbəblərdən birinin hücum ola biləcəyi, tanker heyətinin vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Yanğın bir müddət sonra nəzarət altına alınıb.

Daha sonra İran bir deyil, iki neft tankerinin partladığını açıqlayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl Oman körfəzində Norveç və Yaponiyanın firmalarına aid neft tankerlərinə hücum təşkil olunmuşdu. Tankerlərdəki 44 nəfər İran gəmisi tərəfindən xilas edilmişdi. Amma ABŞ hücumda İranı ittiham etmişdi.

Rəsmi Tehran hücumla əlaqəsinin olmadığını açıqlamışdı.

May ayında isə Səudiyyə Ərəbistanı Hörmüz boğazında iki neft tankerinə hücum edildiyini elan etmişdi.

İngiltərənin vassallığında olan Cəbəllütariq muxtar hökuməti Suriyaya qeyri-leqal yolla neft daşımasında ittiham etdiyi İranın “Grace 1” neft tankerini girov götürmüşdü.

Bölgədəki neft tankeri gərginliyi Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun partladılmasından sonra pik həddə çatmışdı. Yəməndəki Husi üsyançıları 10 Silahlı Pilotsuz Uçuş Aparatı vasitəsilə hücumu təşkil etdiklərini açıqlamışdı.

ABŞ və Səudiyyə Ərəbistanı hücumda yenə də İranı günahlandırmışdı.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın