Cümə , Aprel 26 2024
azfa

İsrail irqçi fars rejimin İraqda yerləşməsinə icazə verməyəcəyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Müdafiə Qüvvələri Baş Qərargahının rəisi Aviv Kohavi Herzilyada keçirilən konfrans zamanı deyib ki, İranın İraqda yerləşməsinə icazə verməyəcəyik.

O, İranın terrorçu İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrinin İraqa qabaqcıl silahlar gətirdiyini iddia edib:

“İranın İraq və Suriyada yerləşməsinə icazə verməyəcəyik. İranla aramızda qarşıdurma yaşanır. Buna hazırlaşırıq”.

Qeyd edək ki, İsrailin 19 iyulda “F-35” qırıcısı ilə İraqın Səlahəddin əyalətindəki Əmirli Əsgəri Düşərgəsində, 28 iyulda isə Bağdadın qərbində İrana aid raket buraxıcılarının olduğu düşərgəni vurduğu iddia edilmişdi.

Baş nazir Binyamin Netanyahu isə avqust ayında Ukrayna paytaxtı Kiyevdə verdiyi açıqlamada, İraqda İrana məxsus buraxıcılar İsrail tərəfindən vurulub deyə bildirmişdi:

“İran heç bir yerdə toxunulmaz deyil”.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Bir cavab yazın