Şənbə , Aprel 27 2024
azfa

Kəhgiluyə və Boyerəhməd vilayətində Qaşqay türklərinin“Ayatay” şeir kitabı çap edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kəhgiluyə və Boyerəhməd vilayətində yaşayan Qaşqay türklərinin“Ayatay” şeir kitabı çap edilib. Kitabda 58 qaşqay şairindən seçmə şeirlər toplanıb və ilk dəfə olaraq qaşqay türklərinin yaşadığı bu vilayətdə çap edilib.

Kəhgiluyə və Boyerəhməd vilayətinin sənət işləri üzrə məsul Şərif İslami bildirib ki, kitab Nozər Ustuvar tərəfindən hazırlanıb və kitabdakı şeirlər 16 mövzuya şamil edilir. Müxtəlif sahələrlə yanaşı ana dili və s. mövzuları əhatə edir. Şeirlər Qaşqay türkcəsindədir.

Kitabın çapından məqsəd qaşqay gənclərini qaşqay türklərinin yeni və qədim şeiri ilə tanış etməkdir.

Qeyd edək ki, işğalçı fars rejim qaşqay türklərinin yaşadığı Qaşqayyurd vilayətini parçalamış və müxtəlif vilayətlərin tərkibinə verib. Məqsəd isə bu türkləri məhv etmək olub.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın