GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Livanın paytaxtı Beyrutdan İrəvana “Airbus A320” təyyarəsi istiqamət götürüb.
Layner “Flightradar 24” tərəfindən görüntülənib.
Təyyarədə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə göndərməsi üçün nəzərdə tutulan muzdlu döyüşçülər və terrorçular daşınır.
“Bu hal Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarda Yaxın Şərq ölkələrindən gətirilən muzdlu döyüşçülərdən və terrorçulardan geniş istifadə etdiyini əyani formada bir daha göstərir. Həmin muzdular erməni hərbçilərlə birlikdə Azərbaycan Ordusuna qarşı döyüşürlər”, – məlumatda bildirilib.