Şənbə , Aprel 27 2024
azfa

“LUKoil” da İran alanan ölkənin neftindən imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın “LUKoil” şirkəti noyabrın 4-dən etibarən İran adlanan ölkədəki “Al-Teymir” layihəsindəki işlərini dayandıracaq. Bu barədə şirkətin rəisi Vahid Ələkbərov açıqlama verib.

V.Ələkbərov daha əvvəl “LUKoil”un İrandan neft almayacağını bəyan etmişdi. O, ABŞ-ın İrana qarşı sanksiyalarını və “LUKoil”un beynəlxalq şirkət olduğunu əsas gətirərək risk etmək istəmədiklərini bildirib. Onun sözlərinə görə, İranda işlərin davam etdirilməsi şirkətə baha başa gələ bilər.

Xatırladaq ki, ABŞ-ın İran alanan ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları bərpa etdikdən sonra Fransanın “Total”, Norveçin “Equinor” şirkətləri də bu ölkədəki layihələrindən imtina ediblər. “Equinor” şirkəti sanksiyalarla əlaqədar İranda 40 milyon dollar itirdiyini bəyan edib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın