Cümə , Aprel 26 2024
azfa

Mühacir kürdlər qədim Azərbaycan diyarı Qəzvində azərbaycanlıları hədələdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim təkcə Güney Azərbaycanın qərb hissəsini deyil, həm tarixi Azərbaycan əraziləri olan Qəzvin və Kərəc bölgələrinin şəhərlərini də iraqlı kürdləri yerləşdirməklə kürdləşdirir.

Qəzvinin Abyek rayonundan əldə etdiyimiz məlumata görə, şənbə günü sentyabr ayının 15-də axşam vaxtı gəlmə mühacir kürdlər yerli Azərbaycan türklərinin məhərrəmlik matəm mərasimi olan Şaxseyn dəstələrinə hörmətsizlik edərək, Azərbaycan türklərini hədələyiblər.

İrqçi fars rejimə bağlı şəxslər məqsədli şəkildə yerli azərbaycanlı şiələrlə rejimin bu əraziyə köçürdüyü mühacir sünni kürdlər arasında həm də ixtilaf yaratmağa çalışırlar.

Rejim eyni zamanda məqsədli şəkildə rayonun müxtəlif icra orqanlarında azərbaycanlı vəzifəli şəxsləri vəzifəsindən kənarlaşdıraraq, gəlmə iraqlı kürdləri onların yerinə vəzifəyə yerləşdirir. Bu məsələdən sonra mühacir kürdlərin yerli Azərbaycan türklərinə öz doğma şəhər və rayonların təzyiqi artmışdır.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın