Cümə , Aprel 26 2024
azfa

Övladına türk adı qoyduğuna görə şəxsiyyət vəsiqəsi ala bilməyən fəal erməni təcavüzünü pislədiyinə görə ermənipərəst İran tərəfindən həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antimüsəlman və ermənipərəst rejimi Ərdəbildə övladına türk adı qoyduğuna görə şəxsiyyət vəsiqəsi verməyən azərbaycanlı incəsənət xadimi və gözdən əlil milli fəal Səccad Colanini Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə döyərək həbs edib.

Hazırda Azərbaycan ordusuna dəstək aksiyasına qatıldığına görə ermənipərəst İran rejiminin həbs etdiyi fəalın övladına 4 aya yaxındır ki, rejim şəxsiyyət vəsiqəsi vermir.

Səccad Colaninin ailəsi məsələ ilə əlaqədar müxtəlif müvafiq qurumlara müraciət ediblər. Lakin onlara verilən cavabda bildirilib ki, adların seçilməsinə Tehranda olan 2 nəfər nəzarət edir. Əgər uşağa qoyulmuş ad həmin 2 nəfərin seçib təklif etdiyi addan fərqli olarsa, o zaman uşağa doğum haqqında şəhadətnamə verilmir.

İrqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində valideynlərinin “Ayıl” adı seçdiyi qıza 4 aydır şəxsiyyət vəsiqəsi verməkdən imtina ediblər. Bununla bağlı fəal video paylaşmaqla rejimin bu irqçiliyinə etiraz ediblər.

Eyni zamanda 29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığı uğrunda Azərbaycanın keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş aksiyada iştirakına görə Səccad Colani bir çox azərbaycanlı fəal ermənipərəst İran rejimi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın