Cümə , Aprel 26 2024
azfa

Qaradağın Süngün bölgəsində rejimin polis işçiləri ilə əhali arasında toqquşma

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaradağın Süngün bölgəsinin əhalisi ilə irqçi fars rejimin polisi arasında toqquşma baş verib.

Hadisəyə Süngün mədənləri işləyən şirkətin kənd qəbiristanlığında qazıntı işləri və bir neçə qəbrin başqa yerə köçürülməsi məsələsi səbəb olub.

Süngün Mis Mədənlərinin rəhbərliyi mədənin ərazisini genişləndirmək məqsədilə kənd sakinlərini zorla köçürmək istəyirlər. Ardınca, əhalinin razılığını almadan qəbiristanlığı dağıtmaq istəyən mədən işçilərinə sakinlər qarşı çıxarkən, polis kəndlilərə hücum edib və onları döyüb. Bu gün kəndlilər yenidən qəbiristanlığa toplaşıb.

Süngün bölgəsində kənd əhalisi dəfələrlə məhkəməyə müraciət ediblər. Məsələ ilə bağlı Vərziğanın məclisdəki nümayəndəsinin iştirakı ilə dəfələrlə iclas qursalar da, heç bir nətiə əldə olunmayıb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın