Cümə , Aprel 26 2024
azfa

Quzey Azərbaycanda Muğam və aşıq sənətinin qorunması ilə bağlı qanun layihələri hazırlanıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Quzey Azərbaycanda “Muğam sənətinin qorunması haqqında” və “Aşıq sənətinin qorunması haqqında” yeni qanun layihələri hazırlanıb.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları ilə görüşdə deyib.

R.Hüseynov bildirib ki, qanun layihələrinin hazırlanması mədəniyyətimizi qorumaq zərurətindən irəli gəlir.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda muğamın inkişafına böyük diqqət göstərilir. R.Hüseynovun sözlərinə görə, muğama münasibət heç də həmişə eyni olmayıb:

“Sovet dövründə muğamı sıxışdırmağa, adlarını dəyişməyə çalışırdılar”.

Komitə sədri bildirib ki, muğam Azərbaycanın milli varlığını əks etdirir, eyni zamanda Azərbaycanı dünyada tanıdır:

“Təsadüfi deyil ki, ərazimizi işğal etdikləri kimi muğamımızı, milli adət-ənənələrimizi qəsb etmək iddiaları var”.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın