Şənbə , Aprel 27 2024
azfa

Rejim azərbaycanlı milli fəal Əkbər Mühacirini 4 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbriz sakini olan azərbaycanlı milli fəal Əkbər Mühacirini şərləyərək “Sistemə qarşı təbliğat aparmaq və GAMAC-a üzv olmaq”da günahlandıraraq 3 il həbsə və 1 il şərti həbsə, yəni ümimilikdə 4 il həbs cəzasına məhkum edib.

Qeyd edək ki, Əkbər Mühaciri 8 nəfər azərbaycanlı milli-mədəni fəalla birlikdə 2019-cu il noyabr ayı etirazları zamanı, aksiyalara qatılmamasınabaxmayaraq rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır. Rejimin Təbrizdəki ETTELAAT İdarəsinin qüvvələri Mühacirinin evinə hücum edərək, ailəsinin gözü qarşısında onu döyərək həbs etmişdilər.

Mühaciri tutulduqdan sonra  75 gün rejimin Təbrizdəki ETTELAAT İdarəsinin təcridxanasında saxlanılmışdır.

Azərbaycanlı fəal bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə rejimin təzyiqləri qarşılaşmış və həbs edilmişdir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın