Cümə , Aprel 26 2024
azfa

Rejim azərbaycanlı şair və yazıçını Xoy şəhərində qamçıladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim Güney Azərbaycanın qərində yerləşən Xoy şəhərində tanınmış şair, yazıçı və “Sözbaz news” Teleqram kanalının müdiri Məhəmməd Hüseyn Sodagəri qamçılayıb.

Məlumata görə Xoy Şəhər Şurasının rəisi Məcid Müqəddəmin yazıçıdan şikayət etməsinə görə ona 76 şallaq zərbəsi vurulub.

Rejimin ETTELAAT İdarəsi və təhlükəsizlik qüvvələrinin əlaltısı olan Məcid Müqəddəm məhkəmə orqanlarında olan nüfuzundan istifadə edərək, azərbaycanlı şairə qarşı şallaq hökmü çıxartdıraraq, icra etdirib.

“Sözbaz news” Teleqram kanalında göründüyü kimi, azərbaycanlı yazıçı Şura rəisinin doktorluq diplomu haqda ona bir neçə sual ünvanlayıb. O göstərib ki, Məcid Müqəddəmin yalnız yüksək lisans diplomu var və doktor olması ilə bağlı iddiası yalandır.

Məcid Müqəddəm bundan əvvəl seçkiqabağı təbliğat-təşviqat dönəmində reklam posterlərində doktor olaraq Şəhid Beheşti Universitetində müəllim işlədiyini yazıb. Halbuki, həmin universitetin müəllimlər siyahısında Məcid Müqəddəm adına rast gəlinmir.

Məhkəmə azərbaycanlı şairi bu məsələni ifşa etdiyinə görə 76 şallaq zərbəsinə məhkum edib.

Azərbaycanlı şairə qarşı orta əsr üsulu cəzanın tətbiqi rejimin nə dərəcədə irticaçı və ədalətsiz olduğunu bir daha sübut etdi.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın