Şənbə , Aprel 27 2024
azfa

Rejim Tehran kitab sərgisində Azərbaycan türkcəsində kitablara qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 32-ci Tehran Beynəlxalq Kitab Sərgisində Azərbaycan türkcəsində kitabların sərgilənməsini qadağan edib.

Sərgi məsulları 2019-cu il aprelin 29-da Azərbaycan türkcəsində olan uşaq kitablarını “Savalan igidləri” nəşriyyatı povilyonundan yığışdıraraq, onların sərgilənməsi və satışını qeyri-mümkün ediblər.

Həmçinin Azərbaycan türkcəsində uşaq kitabları nəşr edən “Kirpi” nəşriyyatına da Tehran Müsəllasında keçirilən sərgiyə qatılmaq üçün icazə verilməyib.

İrqçi fars rejim Azərbaycan türkcəsində kitabların sərgilənməsinə qadağa qoyulduğu beynəlxalq sərgidə türk kimliyi və tarixinin əleyhinə və fars irqçiliyini təbliğ edən çox sayda kitabı nümayiş etdirib və faktiki olaraq sərgini türk düşmənçiliyi mərkəzinə çevirib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın