Cümə , Aprel 26 2024
azfa

Rejim türk dili dərsliyinin bir neçə məktəbdə tədrisinə dair verdiyi sözə əməl etməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda azərbaycanlıların mübarizəsi nəticəsində bir neçə məktəbdə sınaq şəkildə türk dili dərsliyini tədris etməyə söz versə də hələlik öz sözünü tutmayıb.

Güney Azərbaycanın Urmiya şəhərinin məclisdəki millət vəkili Nadir Qazipur məsələyə münasibət bildirərək, deyib ki, təhsil müəssisələrinin açılışından bir həftədən çox keçir, lakin konstitusiyanın icrası və türk dili dərsliyinin nəşr olunmasından heç bir xəbər yoxdur.

Nadir Qazipur bu sahədə rejimin təhsil naziri, eləcə də Ruhaninin təsdiq olunmuş layihələrin icrası istiqamətində gördükləri işləri elan etməyə çağırıb.

Qeyd edək ki, Qərbi Azərbaycanla yanaşı Şərqi Azərbaycan və Ərdəbil vilayətində də sınaq şəkildə türk dilinin bir neçə məktəbdə tədrisi məsələsi gündəmə gəlmiş, lakin hələlik dərslərin keçirilməsi barədə heç bir məlumat verilmir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın