Cümə , Aprel 26 2024
azfa

Rejim Urmiya gölünü qurutduğu üçün duz fırtınaları yenidən əsməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim sözünə əməl etməyib və qurutduğu Urmiya gölünü bərpa etmədiyi üçün Güney Azərbaycanda yenidən payızın yaxınlaşması ilə duz fırtınaları əsməyə başlayıb.

Sırf yaz yağışları gölün suyunu artırdığı üçün artıq gölün suyu da buxarlanıb qurumaqdadır. Ona görə əkin ərazilərini və şəhərləri xarabaya çevirən duz fırtınaları yenidən Güney Azərbaycanın şəhərlərini bürüməkdədir.

Xüsusilə göz ətrafı şəhərlərdə çəkilən video və şəkillərdən də aydın şəkildə görünür ki, əsən küləklər gölün quruduğu ərazilərində duzlu tozları havaya qaldırıb və əkin əraziləri, eləcə də şəhərlərə səpməkdədir. Rejim isə gölün bərpası ilə bağlı heç bir iş görmür, üstəlik gölə tökülən çayların qarşısını kəsərək gölü qəsədən qurudur.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Bir cavab yazın