Şənbə , İyun 13 2026
azfa

Ruhani Qərbdən hədə yolu ilə xal qazanmaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin prezident Ruhani Makronla danışığında hədə yolu ilə xal qazanmaq istəyib.

O hədə-qorxu gələrək deyib ki, əgər Avropa öz öhdəliyini yerinə yetirməzsə, İran nüvə sazişi ilə bağlı öhdəliyin azaldılması istiqamətində üçüncü addımı icra edəcək.

İrqçi rejimin prezidenti iddia edib ki, İran İslam Respubliası “Hərtərəfli Birgə Fəaliyyət Planı”nı qorumaqda maraqlıdır:

“HBFP-nin maddələri dəyişilməzdir və bütün tərəflər həmin sazişə dair öhdəliklərini icra etməlidir.”

Ruhani qeyd edib ki, hazırkı müzakirələrdə HBFP-nin öhdəliklərini bütün tərəflərin icra etməsi və beynəlxalq sularda gəmiçiliyin təhlükəsizliyini təmin edilməsi əsas məqsəddir.

Telefon danışığında Ruhani həmçinin husiləri silahlandırmaqla qarışdırdığı Yəmənin vəziyyəti ilə bağlı da Fransalı həmkarı ilə danışıb: “Yəmən böhranı müharibə yolu ilə həll olunmayacaq. Çalışmalıyıq ki, siyasi danışıqlar və lazimi addımlarla bu ölkədə ədalətli və davamlı sabitlik yaransın”.

Bölgədə yeni müharibənin alovlanmasının heç bir ölkənin xeyrinə olmadığını deyən Ruhani İsrail rejiminin bu gün İran, İraq, Livan və Suriya kimi ölkələrə qarşı təcavüzkar addımları ilə fəxr etməsini pisləyib.

Telefon danışığında E.Makron İran XİN başçısı Məhəmməd Cavad Zərifin Fransaya səfərini müsbət dəyərləndirib və bildirib ki, bu səfər İran İslam Respublikasının müzakirələrdə öz öhdəlik və mənafeyini təmin etmək üçün iradəli olduğunu göstərdi.

Gələn həftə ərzində İran və Fransa iqtisadi ekspertlərinin Parisdə görüş keçirəcəyini deyən Makron bildirib ki, danışıqların davamlı aparılması və problemlərin həllinin müzakirə yolu ilə çözülməsi ən optimal variantdır.

Həmçinin yoxlayın

CNN: Tehran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ətrafını minalayıb

GADTB: ABŞ-ın CNN televiziya kanalının Amerika kəşfiyyat qurumlarındakı beş məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, …

Azərbaycanlı fəalların həbs cəzalarının icrasına başlanılıb; Səməd Heydəri və Əmin Tağızadə Təbriz həbsxanasına göndərilib

GADTB: Azərbaycanlı fəallar Səməd Heydəri və Əmin Tağızadə barəsində çıxarılmış həbs hökmlərinin qüvvəyə minməsindən sonra …

Bir cavab yazın