Cümə , Aprel 26 2024
azfa

Rejimin 15 il həbsə məhkum etdiyi azərbaycanlı fəalın acı hekayəsi

GADTB-nin Mətbuat Mərkəzinin aznews.tv-yə istinadən yaydığı məlumata görə, Rəştin Lakan zindanında həbs həyatı yaşayan Həmzə Dərviş zindan və məhkəmənin durumu ilə bağlı bəzi bilgilər paylaşıb. O, göndərdiyi səs faylında özü və başqa məhbuslara edilən zülmlərdən danışıb:

“Mən zindanda olmadan öncə hakimiyyətin cinayətləri barədə xəbərlərin bir çoxuna inana bilmirdim. Yəni bu qədər zülmün baş verəcəyi inanılmaz idi. Ancaq həbsə məhkum olunandan sonra məhkəmə sistemi, İttilaat qüvvələri və zindan məsulları ilə birbaşa ilgidə oldum. Beləliklə, deyilən sözlərin doğru olduğunu gördüm. Hətta bu durumla ilgili bir çox məqamlar açıqlanmayıb. Onlar baş verənləri kənara çıxarmayıblar.

Zülm və cinayətlər İbrahim Rəsisinin Məhkəmə sisteminə rəis seçilməsindən sonra daha da artıb. Bundan sonra məhkəmələrdə kütləvi hökmlər çıxarılmağa başlanılıb. ETTELAAT Nazirliyi məmurlarının siyasi məhbusları daha çox incitməyinə imkan yaradılıb. Zindan məsulları isə bu cinayətlərin təkmilləşdirici rolunu üzərinə götürüb. Amerika və İsrail zindanlarından məlumat verən cənab Rəisinin sanki İran zindanlarından xəbəri yoxdur. Onun ETTELAAT nəzarətində olan Evin zindanın 209-cu və Sepahın 2-ci əlif bəndində baş verən cinayətlərdən xəbəri yoxdurmu? Bütün şəhərlərdə bu durum hökm sürür. Elə hazırda mənim saxlanıldığım Lakan zindanında vərəm xəstəliyinə tutulan insanlar var. Ancaq onlara baxılmır. Burada 4 ildir ki, kor olub baxımsız qalan adam var. Ötən həftə 35 yaşı olan Hüseyn Şəkuri adında asma xəstəliyi olan bir şəxs baxımsız qaldığı üçün otaqda öldü.

Cənab Rəisi doğurdan da məzlumların haqqını müdafiə edirsənsə, o zaman Müqəddəs məhkəməsinin 1-ci şöbəsinin hökmləri icra edən rəisi Məhəmməd Bəraəninin cinayətlərinin qarşısını alsın. Bu adam siyasi zindani olan 20 yaşlı Şirəli Məhəmmədinin qatilidir. “Nə üçün bu qədər zülm edirsən”,- deyə həmin şəxsə sual verdim. “Biz hakimiyyətin müdafiəçisiyik, millətin deyil”,- deyə cavab verdi.  

Bundan başqa şəxsən mən 4 ildir mühakimə arxasıncayam. “Günahsız və ya gühakar olmağının bizim üçün fərqi yoxdur. Bu işi ETTELAAT Nazirliyi təyid etməlidir”,- deyə divan cavab verdi. Və siz isə uca səslə məhkəmənin müstəqil olduğunu deyirsiz. Hazırda ETTELAAT-la iş birliyi aparmamağım üçün hər həftə işgəncə edirlər. Səsimi bir yerə çatdıra bilməyim deyə məni zorla bura gətiriblər. 2 ay ETTELAAT-ın nəzarətində olan Evin zindanının 209-cu bəndində saxlanılaraq soruşduruldum. Əmniyyət məsələsi olmadığı üçün 150 milyon tümənlik vəsiqə ilə azadlığa buraxıldım. 1 il azad idim. Bu müddətdə, hətta Türkiyəyə də səfər etdim. Ancaq bu müddətdə Rəştin ETTELAAT Nazirliyi iş birliyi etməyimi istəyirdilər. Onların məndən istədiyi məsələ ilə ilgili özümün və ailəmin canı riskə atılmış olum. İş birliyi aparmadığım üçün mənlə inad etdilər. Sonra 5 dəqiqəlik məhkəmə müddətində 15 il həbsə məhkum etdilər. Müxtəlif orqanlar müraciət etdikdə isə Dadrəsi iadəmi də qəbul etmədilər. Bütün orqanlar “ETTELAAT-la iş birliyi aparmamağın cinayət hesab edilir”,-deyə oxşar cavablar verdi. “İş birliyi aparmaq üçün 1 il vaxtın var idi və sən bunu etmədin. Ya bizdənsən, ya da düşmən” sözü isə ən son aldığım cavabdır”.

Xatırladaq ki, sünni təriqətinə mənsub olan Həmzə Dərviş Güney Azərbaycanın Talış bölgəsinin türklərindəndir.

Həmçinin yoxlayın

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Bir cavab yazın