Cümə , Aprel 26 2024
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəallar Əli Əzizi və Yaşar Nikrunun vəziyyəti barədə heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələrinin oğurladığı azərbaycanlı milli-mədəni fəallar Əli Əzizi və Yaşar Nikrunun vəziyyəti barədə heç bir məlumat verilmir.

Rejimin məmurları fəalların harada və hansı vəziyyətdə saxlandığı barədə məlumat verməməsi fəalların ailəsinin, eləcə də azərbaycanlı fəalların nigaranlığına səbəb olub.

Qeyd edək ki, Əli Əzizi 2019-cu il iyunun 2-də rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasından birbaşa edilib.

Həmçinin iki həftədən çoxdur Rəşt şəhərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən oğurlanan azərbaycanlı milli-mədəni fəal Yaşar Nikrunun vəziyyəti barədə bu günədək heç bir xəbər yoxdur. Həmin fəal da 2 həftədən çoxdur ki, həbs edilib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın