Cümə , Aprel 26 2024
azfa

Rejimin həbs etdiyi azərbaycanlı məhbusun Həmid Mənafi Nadarlının xəstəxanaya köçürülməsinə icazə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Tehranın Evin zindanında həbs etdiyi və böyrək çatışmazlıöğından əziyyət çəkən azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlının xəstəxanaya çökürülməsinə icazə vermir.

Xüsusi ilə böyrək daşına görə vəziyyəti pisləşən Mənafi Nadarlı avqustun 26-da zindanın poliklinikasına aparılıb. Azərbaycanlı fəala sistem köçürüldükdən sonra yenidən Evin zindanının 8-cı bölməsinə qaytarılıb.

Azərbaycanlı vicdan məhbusu Mənafi Nadarlının müalicəsi tamamlanmadan saxlandığı bölməyə qaytarılması İranda məhbusların sağlamlığı ilə bağlı qanunlara zidd olduğu halda zindan rəsmiləri onun xəstəxanaya göndərilməsinə icazə verməyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Tehran Apellyasi Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmək ittihamı ilə yaxalayıb, bir neçə gün sonra zaminə buraxmışdır. Həmçinin apellyasiya məhkəməsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Həmin azərbaycanlı fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün rejimin Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın