Şənbə , Aprel 27 2024
azfa

Rejimin həbs etdiyi Cavad Ruhinəjad Qoşaçay zindanına köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin avqustun 4-də Sayınqala (Şahindej) şəhərində yaxaladığı azərbaycanlı milli fəal Cavad Ruhinəjad Qoşaçayın zindanına köçürülüb.

Rejimin ETTELAAT İdarəsi Caqvad Ruhinəjadın mülki vəsiqə qarşılığında zaminə buraxılmasına hələlik icazə verməyib.

Qeyd edək ki, rejimin məmurları tar müəllimi olan milli fəalı iş yerində həbs etdikdən sonra onun evində, eləcə də atası və qayınatasının evində axtarış aparıblar. Rejimin Təhlükəsizlik qüvvələri Ruhinəjada məxsus bir çox şəxsi əşyanı, o cümlədən mobil telefonu, kompüter, kitablar və yaddaş kartlarını özləri müsadirə ediblər.

Rejimin türk milli fəalı hansı səbəbdən yaxaladığı barədə heç bir məlumat verməyib.

Bəzi məlumatlara əsasən, Sayınqala məhkəməsi tərəfindən Ruhinəjadın zaminə buraxılması üçün 200 milyon tümənlik vəsiqə qəbul edilsə də, rejimin Sayınqaladakı ETTELAAT İdarəsi bu qərara qarşı çıxaraq, fəalın ilk məhkəmə iclasına qədər (saxlandıqdan 15 gün sonra) həbsdə qalacağını bildirib.

Ruhinəjad Təbrizin “Şəhid Mədəni” Universitetində ərəb dili və ədəbiyyatı ixtisasından məzun olub. O, daha sonra Soyuqbulaq Universitetində türkcə-ərəbcə tətbiqi ədəbiyyat ixtisası üzrə təhsilini magistratura pilləsində davam etdirib.

Cavad Ruhinəjad Sayınqala və Tikantəpə şəhərlərində Azərbaycan tarı üzrə çox sayda tələbə yetişdirib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın