Şənbə , Aprel 27 2024
azfa

Rejimin işgəncələrindən qaraciyəri sıradan çıxan Həkimə Əhmədi xəstəxanada yatırıldə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeddi aydan artıq bir müddətdə həbsdə işgəncə edilən azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədinin qaraciyəri sıradan çıxıb.

Fəal qanunsuz və qeyri-müəyyən olaraq həbsdə saxlandığına, eləcə də davamlı işgəncə edilməsinə etiraz olaraq 2019-cu il mayın 12-də Marağada həbsdə saxlandığı rejimin zindanında aclıq aksiyasına başlamışdı. O mayın 20-də aclıq aksiyasının 9-cü günündə  qaraciyərinin tam sıradan çıxması ilə əlaqədar aclıq aksiyasını dayandırmağa məcbur olub.

Həbsxananın həkimləri Həkimə Əhmədinin qaraciyərinin sıradan çıxdığına dair diaqnoz qoyub. O aclıq aksiyasını dayandırmalı olub, sonra rejimin təhlükəsizlik qüvvələrinin nəzarəti altında xəstəxanaya aparılıb. Həkimlər onun yaxın günlərdə cərrahi əməliyyat olacağını bildirib.

Qaraciyərinin sıradan çıxmasına səbəb olan rejim üstəlik fəalın xəstəxana xərclərini də fəalın ailəsinə ödətdirir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın