Şənbə , Aprel 27 2024
azfa

Rejimin Kürdüstana birləşdirdiyi Azərbaycan şəhərində kürdlərin ayrıseçkilik siyasətinə etiraz –Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars ejimin Kürdüstana birləşdirdiyi Azərbaycan şəhəri olan Bicar rayonunun Yasəkənd şəhərinin Kəranı qəsəbəsində türklər kürdlərin ayrıseçkilik siyasətinə qarşı etiraz aksiyası keçiriblər.

Azərbaycan türkləri Kürdüstan vliayətinin kürd rəsmilərinin ayrıseçkilik siyasətinə etiraz edərək Kəranı qəsəbəsinin İcra hakimiyyəti qarşısında toplaşaraq, etiraz aksiyası keçiriblər. Azərbaycanlılar bildirir ki, kürd rəsmilər İsfənci Dəmir Zavodunun bu bölgədə tikilməsinə mane olurlar.

Qeyd edək ki, Bicar rayonu, Yasəkənd şəhəri və Kəranı qəsəbəsi, eləcə də Qürvə rayonu və bütün kənd və şəhərləri, digər Azərbaycan şəhərləri ilə yanaşı kürdləşdirilmiş Azərbaycan şəhərlərinə ilhaq edilərək, irqçi fars rejimi tərəfindən Kürdüstan vilayəti yaradılıb. Hazırda Azərbaycan türkləri öz doğma yurdların kürdlər tərəfində zülmə və ayrıseçkiliyə məruz qalırlar.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın