Şənbə , Aprel 27 2024
azfa

Rejimin məhkəməsi həbs etdikləri azərbaycanlı fəal Ruhulla Əhmədnəjadın günahsız olması barədə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi həbs etdikləri azərbaycanlı fəal Ruhulla Əhmədnəjadın günahsız olması barədə qərar verdi.

Rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjada qarşı irəli sürdüyü ittihamla bağlı icraata xitam verib.

Qeyd edək ki, rejim azərbaycanlı fəalı “Ölkəyə qarşı olan cəmiyyətlərdə üzv olmaq” ittihamı ilə mühakimə etmişdi. Lakin fəal tamamilə günahsız olduğu üçün rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi işə xitam verib.

Ruhulla Əhmədnəjad iyulun 2-də Təbrizdə öz iş yerində mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı.

Rejimin ETTELAAT məmurları fəalı yaxaladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıb. Onlar fəala  aid bir çox kitab, ləptop və şəxsi yaddaş kartını götürmüşdülər.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın