Cümə , Aprel 26 2024
azfa

Rejimin məhkəməsi Nəsim Sadiqiyə 150 milyon tümənlik vəsiqə təyin etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin məhkəməsi bir neçə gün öncə həbs etdikləri azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqiyə zaminə buraxılması üçün 150 milyon tümənlik vəsiqə təyin edib.

Bunun üçün azərbayanlı fəal yenidən bu gün oktyabr ayının 30-da zindandan məhkəməyə aparılıb.

Azərbaycanlı fəala yenidən vəsiqə təyin edilsə də bu gün yenidən zindana qaytarılıb və hələlik zaminə buraxılmayıb.

Qeyd edək ki, rejimin təhlükəsizlik qüvvələri fəalı 2018-ci il oktyabr ayının 21-də yaxalamış, həmçinin fəala məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefon, kompüter, kitab və əlyazmaları müsadirə etmişdilər.

Rejimin məhkəməsi bundan əvvəl azərbaycanlı fəal Nəsim Sadiqinin azadlığa buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarmışdı. Lakin o zaminə buraxılmamış və zindana salınmışdı.

 

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın