Cümə , Aprel 26 2024
azfa

Rejimin məhkəməsi rəzalət simvoluna çevrildi: oğlunu öldürdükləri 80 yaşlı ananı şallaqladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi dünyadan rəzillik və ədalətsizlik mənbəyi və simvoluna çevrildiyini bir daha sübut edib. Rejimin Xoy şəhərində yerləşən məhkəməsi Xoy zindanında oğlunu öldürdükləri 80 yaşlı ananı vəhşicəsində 70 şallaq zərbəsi vurmaqla 8 ay zindana saldı.

Azərbaycanlı xanım Səlbi Mərəndi 70 şallaq cəzasına və 8 ay həbs məhkum edilib.

Məlumata görə, Səlbi xanım Mərəndi ötən il oğlunun gizli ölümü ilə bağlı Xoy həbsxanasının rəisi ilə mübahisə etdiyi üçün onun barəsində bu hökm çıxarılıb. Rejimin ananın oğlunu öldürdüyü üçün kompensasiya ödəmək yerinə onu belə rəzil şəkildə cəzalandırıb.

Səlbi Mərəndinin oğlu Behruz Zeynalnejad 2018-ci ildə qanuni məzuniyyətinin artırılmamasına etiraz olaraq aclıq aksiyası keçirərək, dodaqlarını tikdiyi zaman həyatını itirib. Həbsxana məsulları onun ölüm səbəbini intihar kimi göstəriblər. Bu mövzu məhbusun anası və bacısının etirazına səbəb olub. Nəticədə onlar həbsxana rəisinin ofisində olarkən aralarında mübahisə yaşanıb. Ardınca həbsxana qazisinin şikayəti ilə ana və qızı həbs və şallaq cəzasına məhkum ediliblər.

Xanım Mərəndi noyabrın 28-i şallaq hökmü icra edildikdən sonra, fiziki vəziyətinin ağır olması və həbs hökmünün icrasına qadir olmamasına baxmayaraq Xoy həbsxanasının xanımlar bölməsinə aparılıb. Rejimin ədalətsiz məhkəməsi eyni cəzanı ananın qız övladına da verib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın