Cümə , Aprel 26 2024
azfa

Rejimin məmurları aclıq aksiyasında olan Əmir Səttarini döyərək təkadamlıq kameraya salıblar

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin məmurları hüquqlarının kəskin pozulması ilə bağlı aclıq aksiyası keçirən azərbaycanlı fəal Əmir Səttarini bu gün vəhşicəsinə döyərək, onu təkadamlıq kameraya salıblar.

Fəalın hədələnərək, döyülməsi və təkadamlıq kameraya salınması onun ailəsi və yaxınlarının ciddi nigaranlığına səbəb olub.

Qeyd edək ki, irqçi fars rejim hüquqlarının kəskin pozulması ilə aclıq aksiyası keçirən azərbaycanlı fəal Əmir Səttarini cəzalandıraraq zindanın xüsusi bölməsinə köçürmüşdü.

Həmçinin yoxlayın

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Bir cavab yazın