Cümə , Aprel 26 2024
azfa

Rejimin yenicə zindana qaytardığı azərbaycanlı siyasi məhbus Səhənd Məali korona virus şübhəsilə məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda bir neçə gün əvvəl məzuniyyət müddəti bitdikdən sonra zondana qaytarılan türk fəal Səhənd Məali koronavirus şübhəsi ilə sentyabrın 26-da yenidən məzuniyyətə göndərilib.

“siyasi məhbusda COVID-19-a şübhəli simptomlar göründükdən sonra bir aylıq məzuniyyətə buraxılmasına qərar verildiyi bildirilir.

Güney Azərbaycanın Sarab şəhərinin zindanında saxlanılan Məali daha əvvəl 100 milyon tümənlik mülki zəmanət qarşılığında məzuniyyətə göndərilmişdi.

2019-cu ildə bir il həbs və pul cəriməsinə məhkum olan Səhənd Məali keçən iyun ayının 30-da nəzarət altına alınaraq Sarab həbsxanasına göndərildi.

Məali həmçinin 2018-ci ilin iyun ayında keçirilən Babək Qalası Qurultayı ilə əlaqədar 10 ay həbs cəzasına məhkum olmuş və həbs müddətini həmin həbsxanada keçirmişdi.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın