Şənbə , Aprel 27 2024
azfa

Rusiya başda olmaqla İran və ərəb ölkələri Liviyanı Suriyanın gününə salmağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Liviyada qanuni hökuməti dəstəkləməsi qarşısında Rusiya, Bəşar Əsəd, İran, Misir, Səudiyyə Ərəbistanı, Fransa, Ərəb Əmirliyi birlikdə fitnəkarlığa davam edir. Qatil Haftarın (Liviya Milli ordusunun rəhbəri) son “istifadə tarixi”nin bitdiyini görtən bu dövlətlər Qəzzafinin oğlunu ortaya atmağa çalışırlar.

Türkiyəli təhlükəsizlik eksperti Coşqun Başbuğ bu barədə deyib: “Bu məxluqdan ümidini kəsən Rusiya və terror pərəstişkarları çox yaxında hamının müzakirə edəcəyi şəxslə əlaqədədir. O şəxs Qəzzafinin oğlu, Seyfülislam Qəzzafidir”.

Bəzi mənbələr isə iddia edir ki, gələcəkdə ölkənin rəhbəri məhz Liviyanın qəddarcasına öldürülən liderinin oğlu olacaq.

Qeyd edək ki, bir müddət əvvəl “Blumberq” agentliyi də eyni iddia ilə çıxış etmiş, hətta belə bir təkliflə “Vaqner” xüsusi təhlükəsizlik xidmətinin rəhbəri, “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojinin çıxış etdiyini yazmışdı.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın