Cümə , Aprel 26 2024
azfa

Rusiya Türkiyəyə qarşı Əsəd üçün tutduğu muzdlu əsgərləri Liviyaya göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Suriyada Əsəd rejimi tərəfində vuruşan muzdlu əsgərləri Liviyaya göndərməyi planlaşdırır.

“Star” nəşri bu barədə yazır ki, Dəra vilayətində bir sıra yüksək rütbəli rus hərbçilər Əsəd rejiminə pul qarşılığında xidmət edən əsgərlərlə iclas keçirib.

Danışıqlar zamanı Rusiya silahlı qruplaşma üzvlərinə Liviyada qiyamçı Xəlifə Haftar tərəfində vuruşmaları qarşılığında aylıq 1000 dollar və 3 aylıq müqavilə təklif edib.

Bir qrup təklifi qəbul etsə də, bəziləri qarşı çıxıb.

Məlumata görə, təklifi qəbul edənlər hazırda Dərada daha çox muzdlu əsgər toplamaq üçün çalışır.

Muzdlu əsgərlərin Suriyadakı Rusiyaya məxsus bazalarda təlim keçdikdən sonra Liviyaya göndəriləcəyi deyilir.

Həmçinin Türkiyənin dəstəklədiyi Liviya qanuni hakimiyyətinə qarşı İran, Misir,Səudiyyə Ərəbistanı və BƏƏ də Liviyada üsyançılara yardım etməkdə davam edirlər.

Bu arada isə Liviya Hәrbi Hava Qüvvәlәri ölkәnin şәrqindәki qeyri-qanuni qüvvәlәrin lideri Xәlifә Hafterә rusların Suriyadan silahlarını daşıyan tәyyarәni hava limanına endikdәn sonra vurdu.

Bu barәdә Liviya Milli Hәmrәylik Hökumәtinin apardığı ‘‘vulkan’’ әmәliyyatının mәtbuat xidmәtindәn verilәn açıqlamada bildirilib. Mәlumatda qeyd olunub ki, Hafterә sadiq qüvvәlәrә silah daşıyan ‘‘Antonov’’ tipli tәyyarә mayın 5-dә Terhunә hava limanına endiyi zaman vurulub.

Mәtbuat xidmәti hәmçinin Suriyanın Dәmәşq şәhәrindәn havaya qalxan Suriyanın ‘‘Cham Wings Airlines’’ aviaşirkәti mәxsus Airbus 320 tipli tәyyarәnin Liviya hava mәkanına daxil olduqdan sonra radardan itdiyini açıqlayıb. Hәbçilәri daşıyan tәyyarәnin endikdәn sonra hәdәf alınmaması üçün tәqib sistemindәn çıxmış ola bilәcәyi bildirilir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın