Cümə , Aprel 26 2024
azfa

S-400-lərin Türkiyəyə gətirilməsinin ilk mərhələsi bitdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Milliyet” qəzetinin yazdığına görə, Türkiyəyə S-400-lərin tədarükünün birinci mərhələsi bu gün başa çata bilər.

Mürtəd aviabazasında bu sistemin istismarı ilə bağlı təlimlərin keçiriləcəyini də qeyd edilib. Məlumata görə, bu prosesdə Rusiyada lazımi təlimlər keçən 100 türk hərbçisinin iştirak edəcək, onlara rus mütəxəssislər yardım göstərəcək.

Daha 80 türkiyəli hərbçinin Rusiyaya təlim almaq üçün göndəriləcəyi də vurğulanıb.

Qeyd edək ki, S-400-lərin ilk yerləşdirilməsinin noyabra qədər başa çatacağı və ümumilikdə sistemin 2020-ci ilin ilk üç ayı ərzində istifadəyə tam hazır olacağı bildirilir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın