Cümə axşamı , Oktyabr 29 2020
azfa

Sayın Mikayıl Oytanın Füzuli və daha 7 kəndin erməni işğalından azad olunması münasibəti təbrik mesajı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta bu gün müzəffər Azərbaycan ordusunun Azərbaycanın Ermənistanın işğalında olan Füzuli şəhəri və daha 7 Azərbaycan kəndini azad etməsi münasibəti Azərbaycan türk millətini təbrik edib.

Sayın Mikayıl bəyin təbrik mesajını təqdim edirik:  

Azərbaycanın qələbəsi və Füzulinin azad ulunması

qəhrəman millətimizə kutlu olsun

Bu gün qəhrəman ordumuzun böyük qələbəsi, Füzuli şəhəri və əlavə 7 kəndinin azad olunması 55 milyonluq azərbaycan xalqı, quzeyli-güneyli hər bir şəxsə,  bütün millətimizə sevinc, qürur və ruh verdi. Bu qələbə şərəfli-qeyrətli, böyük mədəniyyətə sahib olan millətimizin iradəsi ilə başda prezidentimiz, Ali Baş Kamandan, cənab İlham Əliyev olmaqla bütün topraqlarımızı cinayətkar, işğalçı terrorist silahlı qüvvələrindən azad etmək əzmini göstərdi. Bir daha sübut olundu ki, millətimizin bütün topraqlarımızın azadlığı üçün güclü iradəsi var. Bu gün Azərbaycan düşmənləri olan rus, fars və ermənilərin çirkin siyasətlərinin nəticəsi olaraq, ermənilər Gəncə şəhərimizin dinc əhalisinə atəş açaraq, qadınlarımızı, uşaqlarımızı gecə yuxuda olarkən öldürürlər. Bu Ermənistan rejiminin çarəsizliyini ve bütün işğal olunmuş Daglıq Qarabagımızın əllərindən çıxdığını göstərir.

Bu gun, 55 milyonluq millətimiz ən yüksək səviyyədə birlik, bərabərlik göstərərək, var gücümüzlə  dövlətimizin və onun qəhrəman ordusunun arxasında dayanmışıq. Bu müqəddəs şərəfli savaşda topraqlarımızın azad olunması üçün canımızdan keçməyə hazırıq.

Hörmətlə    

 Mikayil Oyta

Guney Azərbaycan Demokratik Turk Birliyi (GADTB)

Uluslararasi İlişgilər Departmentin Sədri

Həmçinin yoxlayın

Ermənistanın 3-cü ordu korpusunda üsyan başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın 3-cü ordu korpusunun alaylarından birində qiyam baş …

Abdullah Səduqi və Əkbər Mühaciri vəsiqə qarşılığında zaminə buraxılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir