Cümə axşamı , Oktyabr 22 2026
azfa

Azərbaycan Rusiyaya etiraz notası göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Rusiyaya nota verib.

Azərbaycanın Rusiyadakı Səfirliyinin Mətbuat Xidmətindən Axar.az-a məlumata görə, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycanın işğal altındakı ərazilərinə ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini pozaraq qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Notada qeyd oluub ki, bu il oktyabrın 16-da Vitali Milonov separatçı rejimin rəhbəri ilə görüşüb və Azərbaycanın Dağlıq Qarabağ regionundakı vəziyyətin daha da gərginləşməsinə istiqamətlənən olduqca təxribatçı bəyanatlar verib.

Bundan əlavə, notada Rusiya Federasiyası Dövlət Duması deputatının bu cür təxribat xarakterli hərəkətlərinin həm Azərbaycan ictimaiyyətinin, həm də Rusiyadakı çoxmilyonlu Azərbaycan icmasının haqlı qəzəbinə səbəb olduğu və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə istiqamətləndiyi göstərilib.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın