Cümə , Aprel 26 2024
azfa

SEPAH-a hücuma görə rejim Pakistandan sonra Ər-Riyadı da günahlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Baş Qərargah ərisi Məhəmməd Baqiri deyib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri SEPAH-a hücum həyata keçirən terrorçulara sponsorluq edirlər.

“Əgər hansısa qruplaşma Səudiyyə Ərəbistanı və BƏƏ-dən pul və silah alaraq Pakistanda gizlənirsə və ölkəyə terakt həyata keçirmək üçün insanlar keçirirsə, o zaman bilməlidirlər ki, İran millətinin qisas alovu onların səltənətini məhv edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, fevralın 13-də Sistan və Bəlucistan vilayətində avtobus partladılıb. Hücum nəticəsində 41 nəfər həlak olub. Tehranın açıqlamasına görə, hücumu sünni qruplaşması olan Ceyş əl-ədl həyata keçirib.

Ceyş əl-ədl qruplaşması 2012-ci ildə bəlucların Cundullah partizan təşkilatının keçmiş üzvləri tərəfindən yaradılıb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın