Rejimin məmurlarının yaxaladığı azərbaycanlı fəallar bəraət aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin məmurlarının 2019-cu il fevralın 16-də yaxaladığı Güney Azərbaycanın Xoy şhərindən olan azərbaycanlı fəallar Vahid Səfəri və Süleyman İraqiyə dünən rejimin məhkəməsi bəraət verib.

Azərbaycanlı fəallar rejimin saxta ittihamları qarşısında özlərini məntiqi şəkildə müdafiə ediblər. Onları məhkəmədə həmçinin Abbas Lisaninin fəaliyyətlərinin qanuni olduğu və Azərbaycan türk millətinin hüquqlarının bərpası istiqamətində olduğunu qeyd ediblər.

Qeyd edək ki, irqçi və işğalçı fars rejimin məmurları 2019-cu il fevralın 16-də Güney Azərbaycanın Xoy şhərində azərbaycanlı fəalların evində axtarış aparmışlar.

Axtarışa səbəb Güney Azərbaycan şəhərlərində azərbaycanlı siyasi məhbusların, xüsusilə Abbas Lisaninin həbsinə geniş etiraz dalğasının olmasıdır. Xoy şəhərində divarlara şüarların yazılması və posterlərin hazırlanaraq, yapışdırılması rejimi kəskin şəkildə qəzəbləndirmişdir.

Azərbaycanlı fəallar Vahid Səfəri və Süleyman İraqi bundan öncə də rejimin təzyiqlərinə məruz qalmış və 2016-cı ildə “Tərhe No” qəzetində azərbaycanlıların təhqir edilməsinə etirazlarda da yaxalanmışlar.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın