Cümə , Aprel 26 2024
azfa

Sofiyan əsnafı mülklərinin ələ keçirilməsinə etiraz olaraq tətillərə başlayıb – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sofiyan şəhərinin əsnafı mülklərinin Vəqflər İdarəsi tərəfindən ələ keçirilməsinə etiraz olaraq tətillərə başlayıblar.

Əsnaf bu məqsədlə dünən fevralın 2-dən tətillərə çıxıb. Mağazalarını bağlayan əsnaf Vəqflər İdarəsinə etiraz olaraq şəhərin Cümə məscidində toplaşıblar. Etirazçılar “Heç millət belə bir ədalətsizlik görməyib” və “Mülklərimizin sənədləşdirilməsi bizim haqqımızdır” şüarları yazılmış plakatlar da nümayiş etdiriblər.

Qeyd edək ki, Şərqi Azərbaycan Vəqflər İdarəsi əhalinin ev, obyekt və torpaq sahələrini ələ keçirmək məqsədi ilə Sofiyanda 37 min hektar ərazinin Vəqflər İdarəsinə aid olduğunu iddia etmişdir.

Sofiyanda əsnaf tətillərə başladı

Publicerat av Ali Huseyn Söndag 2 februari 2020

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın