Cümə axşamı , Sentyabr 19 2019
azfa

Təbrizdə Şimali Azərbaycanla bağlı 3 kitabın təqdimat mərasimi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 16-da Təbrizdə Yaqubzadənin müəllifi olduğu Şimali Azərbaycanla bağlı 3 kitabların təqdimat mərasimi keçirilib.

Kitablar “Azərbaycanda millətçiliyin yaranması və inkişafı”, “Bolşevik inqilabında millətçilik problemləri” və “Azərbaycanda dil siyasəti və planlaşdırılması”dır.

“Bolşevik inqilabında millətçilik çağırışı” adlı kitabda solçu hərəkatda millətçilik məsələlərinin qeyri-rəsmi oxunuşlarının müəyyənləşdirilməsi və indiyədək bunun Stalinin “Marksizm-Leninizm” ideologiyasının təsiri altında araşdırılmaması, xüsusən Türksütan təcrübəsinə laqeyid yanaşılıb.

Qeyd edək ki. bu günədək Basmaçı hərəkatı haqqında İranda çox az əsərlər nəşr olunub, lakin Qaliyev barəsində heç bir əsər buraxılmayıb.

“Azərbaycanda dil siyasəti və planlaşdırılması” adlı məqalə toplusundda isə qeyd olunur ki, dil planlaşdırması son illərdə fənlərarası araşdırmaların önəmli sahələrindən birinə çevrilib və bir qrup tədqiqatçı alimin səyləri nəticəsində bu sahə istər nəzəri, istərsə praktiki cəhətdən mühüm nailiyyətlərə imza atıb.

Keçirilən təqdimat mərasimində Mehdi Həmidi Şəfəq, Həsən Ərak və mühəndis Keyvançehr çıxış ediblər.

Həmçinin yoxlayın

Ərdəbildə azərbaycanlı siyasi məhbuslara azalıq tələbi aksiyası-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəallar və əhali …

İrqçi fars rejim kino sahəsinin də Güney Azərbaycanda geri qalmasına səbəb olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı müstəmləkə edən irqçi fars rejim, digər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir