Cümə , Aprel 26 2024
azfa

Təbrizli animasiya ustaları Quzey Azərbaycan Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, təbrizli animasiya ustaları və sənətçilər Rəna Vaezi və Məhəmməd Zare Quzey Azərbaycanda keçirilməli olan  Animafilm Beynəlxalq Animasiya Festivalının münsiflər heyətində iştirak edəcəklər.

Güney Azərbaycanda animasiya dərnəyinin üzvü olan həmin iki nəfər beynəlxalq festivalın ssenarilər üzrə beş nəfərlik münsiflər heyətinin tərkibində olacaqlar.

Festivalın oktyabrın 14-dən 18-dək Quzey Azərbaycanın Bakı və Şəki şəhərlərində Azərbaycan Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Çex Respublikası və Fransanın Azərbaycandakı səfirlikləri,  Azərbaycandakı Fransız İnstitutu, Nizami Kino Mərkəzinin dəstəyi ilə keçiriləcək.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın