Çərşənbə , May 8 2024
azfa

Tikantəpəlilər Azərbaycan mədənlərinin talanması və ekoloji fəlakətin törədilməsinə etiraz edir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə (Tekab) bölgəsində irqçi fars rejimin Azərbaycan mədənlərini talaması və ekoloji fəlakətin törədilməsinə etiraz ediblər.  

Bu məqsədlə Tikantəpənin Faqqılı kəndinin əhalisi kəndin yaxınlığında yerləşən “Kəmər Bulaq” məntəqəsinə toplaşaraq rejimin Azərbaycanın daş mədənlərini talaması və bunun nəticəsində bölgənin ətraf mühitinə dəyən ciddi ziyana qarşı etirazlarını bildiriblər.

Əhalinin bildirdiyinə görə daş mədəninin bu məntəqədə fəaliyyət göstərməsi qanunsuzdur və fars bölgələrindən olan şəxslər istehsal lisenziyasını lobbiçiliklə əldə ediblər.

Əhali deyir ki, mədənin fəaliyyəti kənddə bağları və əkinçilik sahələrini, eləcə də yeraltı suları və çayları zəhərliyib və tarixi abidələrində dağılmasına səbəb olacaq.

Sakinlərin sözlərinə görə, mədəni ələ keçirən isfahanlı sahibkar kəndin bəzi işsiz gənclərini də məqsədli şəkildə işə cəlb etməklə əhali arasında ixtilaf yaratmağa cəhd göstərib və bölgənin yeraltı sərvətlərini talayır. Etirazçılar mədənin bağlanmasını tələb edir və bildiriblər ki, əks təqdirdə mədənin yollarını bağlayaraq onların fəaliyyətinin qarşısını alacaqlar.

Tikantəpənin Faqılı kəndinin əhalisi Azərbaycan mədənlərinin talanmasına etiraz edir

Publicerat av Ali Huseyn Lördag 12 september 2020

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …

Bir cavab yazın