Cümə , Aprel 26 2024
azfa

Traxtur komandasının baş məşqçisi Təqəvi istefa səbəbini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Traxtur futbol komandasının baş məşqçisi Məhəmməd Təqəvi istefa səbəbini açıqladı.

Kütləvi informasiya vasitələri M.Təqəvinin klub məsullarından narazı qaldığı üçün belə bir qərar verdiyini yazmışdı.

Artıq Təqəvi özü istefa səbəbini açıqlayıb. Onun bildirdiyinə görə, son vaxtlar klub rəhbərliyi bir neçə xarici baş məşqçi ilə müzakirələr apararaq onlardan birini  komandaya cəlb etməyə çalışıb. M.Təqəvi isə məsulların ona etimad etmədiyindən və başqa baş məşqçi axtardıqlarından narahat olub. Yeni baş məşqçi ilə bağlı söhbətlər ciddiləşdikdən sonra M.Təqəvi tutduğu vəzifədən istefa verib.

Təqəvi həmçinin qeyd edib ki, istefa verməklə baş məşqçi seçimində komandaya rahat seçim fürsəti verdiyini açıqlayıb.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın