Çərşənbə axşamı , Avqust 20 2019
azfa

Traxturun uduzdurulmasının öncədən planlaşdırılmasına etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 12-də Təbrizin “Traxtur” futbol komandası rejimin fitnəkarlığı və öncədən planlaşdırma ilə uduzdurulub.

“Traxtur” klubunun İdarə Heyətinin rəisi Abbas İlyasi super liqa yarışlarının 25-ci həftəsində keçirilən görüşə etiraz edərək, Azərbaycan komandasının məğlub olmasının öncədən planlaşdırıldığını etiraf edib.

O komandanın qapıçısı Möhsün Fruzanın şübhəli hərəkətləri və qəsdən öncədən anlaşma əsasında qəsdən qol buraxması ilə bağlı bildirib ki, təəssüflə bu gün ağır bir məğlubiyyətlə qarşılaşdıq. Burada oyunçunun səhvləri danılmazdır, artıq inzibati komitə oyunçu barədə qərar verəcək. O, səhvlərinin səbəbi aydınlaşmayana qədər  məşqlərə qatıla bilməyəcək.

Klubun İdarə Heyətinin rəisi “Sepid rud”la görüşü idarə edən hakimi də sərt tənqid edərək deyib: “Azərbaycan futbolu bundan əvvəl “Maşınsazi”-“Perspolis” görüşündə bu hakimdən ziyan görmüşdür. Təəssüflə Futbol Federasiyasında deyildiyi kimi, bu oyunda da Rza Məhdəvinin səhvləri “Traxtur”un uduzmasına səbəb olan amillərdən biridir. Hakimin yanlış qərarları və bu nəticədən hansı komandaların qazanması araşdırılaraq üzə çıxarılmalıdır. Biz inanırıq ki, bu kimi ssenarilər gələcək oyunlarda da təkrar oluna bilər. Hər halda klubun sahibi cənab Zenuzinin göstərişi əsasında bu məsələ ilə bağlı lazımi yerlərə müraciət olunacaq. Biz öz oyunçumuzun səhvlərini aydınlaşdırmaqla yanaşı hakimin verdiyi yalnış qərarların da Futbol Federasiyası tərəfindən araşdırılmasını gözləyirik”.

O təmsil etdiyi kluba qarşı yol verilən ayrı-seçkiliyə görə səlahiyyətli orqanlara sərt xəbərdarlıq edərək deyib: “Gənclər və İdman Nazirliyi, Futbol Federasiyası və Liqa Təşkilatı ölkənin futbolu ilə bağlı məsuliyyət daşıyır. Lakin əməldə bu orqanların yalnız müəyyən komandalar qarşısında məsuliyyət daşıdığı hiss olunur. Bu orqanlar bütün komandaların inkişafı üçün vəsait xərcləyib və səy göstərməlidilər. Amma onlar müəyyən şəhərlər və klublara diqqət ayırır. Misal üçün “Yadqar imam” stadionu 20 ildən çoxdur ki, istifadəyə verilib, lakin bu stadion hələ də təkmilləşməyib. Komanda tərəfdarı kimi, ən yaxşılar sırasında olan “Traxtur” tərəfdarları bir neçə kilometr piyada yol gələrək stadiona çatır. Onlar bir çox imkandan məhrumdur. Ona görə də biz komandaya xərclənən vəsait deyil, ən əsası komanda tərəfdarlarını düşünərək onların sevimli komandasının haqqının tapdalanmasını istəmirik. Buradan elan edirik ki, Komanda tərəfdarlarının hisləri bizim qırmızı xəttimizdir. Onlar üçün ağır olan belə bir gün bir daha təkrar olmamalıdır. Klubun sahibinin göstərişi ilə səhvə yol verənlərə qarşı ciddi tədbir alınacaq. Hamı bilməlidir ki, artıq “Traxtur” klubu belə yanlışlara göz yummayacaq. Doğrudur, futbolda udub-uduzmaq təbiidir. Lakin bu şəkildə uduzmaq bizim üçün qəbulolunmazdır”.

 

Həmçinin yoxlayın

Suriyada Türkiyənin hərbi konvoyu bombalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriya Hərbi Hava Qüvvələri İdlib vilayətindəki Türkiyə hərbi …

İrqçi fars rejim imzaladığı nüvə sazişini 3-cü mərhələdə pozmağa hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim imzaladığı nüvə sazişini 3-cü mərhələdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir