Şənbə , Aprel 27 2024
azfa

Türk əsgərləri və tankları Trablosa girdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Liviyanın “218” kanalı şahidlərə istinadla məlumat yayıb ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Liviyanın paytaxtı Tripoliyə əsgərlər və tanklar gətirib.

KİV-in məlumatına görə, türk əsgərlər Tripoliyə iki hərbi gəmidə gəliblər və bu gün səhər saatlarında sahilə yerləşiblər. Göyərtədə tankların da olduğu bildirilib.

Mediaya danışan şahidlər hərbi sursatların Tripolnin mərkəzindəki Hərbi Hava Qüvvələri bazasına aparıldığını qeyd edib.

Qeyd edək ki, iki gün öncə Liviya mediası 40 türk zabitinin Misrata hava limanına “Afriqya Airways” şirkətinə məxsus təyyarə ilə gəldiyi haqda məlumat yaymışdı.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın