Çərşənbə , Sentyabr 18 2019
azfa

Türk donanması Qıbrısı mühasirəyə aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk donanması Qıbrısı mühasirəyə alıb. AB, ABŞ və Yunanıstan başda olmaqla, bir çox ölkənin Türkiyənin Qıbrısda təbii qaz axtarmasına qarşı çıxmasına baxmayaraq, qardaş ölkə “Barbaros”, “Fatih” və “Yavuz” gəmiləri ilə adanı mühasirəyə alıb.

Bu barədə Türkiyənin “Yeni Akit” nəşri yazıb.

Nəşrin məlumatına görə, Kipr sahillərində Türkiyənin təbii qaz və neft axtarışı fəaliyyəti bəzi ölkələrin narazılığına səbəb olub. Cənubi Kipr və Yunanıstan başda olmaqla, AB və ABŞ Türkiyənin bölgədəki fəaliyyətinin əleyhinə çıxıb. Qardaş ölkə isə bu barədə qəti mövqeyindən əl çəkməyib.

“Yavuz” və “Fatih” qazma gəmiləri ilə “Barbaros Xeyrəddin Paşa” seysmik araşdırma gəmisi Kipri bir növ mühasirəyə alıb . Cənubi Kipr tərəfi “Fatih” gəmisinin şəxsi heyəti ilə bağlı həbs qərarı qəbul etsə də, Türkiyə Silahlı Qüvvələri bununla bağlı zəruri tədbirlər görüb.

Belə ki, Türkiyənin Müdafiə Nazirliyi sözügedən gəmilərin səfərləri zamanı donanma və aviasiya vasitələri tərəfindən müşayiət olunduğunu açıqlayıb.

Həmçinin yoxlayın

Müstəmləkə siyasətinin nəticələrindən: Qərbi Azərbaycanda 100 kəndin içməli suyu tankerlə daşınır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkə siyasətinin nəticələrini bütün sahələrdə …

İrqçi fars rejimin hərbi bazası vuruldu, 10 hərbçisi öldürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Suriyanın şərqində yerləşən Hərbi Qüvvələrinə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir