Şənbə , Aprel 27 2024
azfa

“Türk dünyasının mədəniyyət paytaxtı”nın tədbirlər planı hazırlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, TÜRKSOY təşkilatı tərəfindən 2019-cu ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Qırğızıstanın Oş şəhərində bu münasibətlə geniş tədbirlər planı tərtib edilib. Ölkənin ikinci böyük şəhərində “paytaxt ili”nin rəsmi açılış mərasimi aprel ayına nəzərdə tutulub.

Oş Şəhər Bələdiyyəsindən verilən məlumata görə, bu çərçivədə “İpək Yolu üzərində Oş şəhəri: dünəni, bu günü, sabahı” adlı simpozium təşkil ediləcək. Bundan başqa, il ərzində beynəlxalq rəqs festivalları, türkdilli ölkələrin gənclərinin forumu, yazıçı və aşıqların toplantıları, kino həftəsi, rəsm, moda festivalları, heykəltəraş və sənətkarların görüşlərinin keçirilməsi planlaşdırılıb.

Oş şəhəri yaxınlığındakı Süleyman dağının (Sulayman-too) UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinin 10-cu ildönümü münasibətilə tədbirlər də qırğız mədəniyyətinin tanıdılmasına töhfə verəcək.

Xatırladaq ki, Oş şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini 2018-ci ilin sonunda Türkiyənin Kastamonu şəhərindən təhvil alıb.

TÜRKSOY-un bu layihəsi 2012-ci ildən reallaşır. 2012-2017-ci illərdə “Türk dünyasının mədəniyyət paytaxtı” adını Astana (Qazaxıstan), Kazan (Tatarıstan), Əskişəhər (Türkiyə), Mərv (Türkmənistan), Şəki (Azərbaycan), Türküstan (Qazaxıstan) şəhərləri daşıyıb.

 

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın