Cümə , Aprel 26 2024
azfa

Türkiyə: ABŞ-ın Ankaranı F-35 proqramından çıxarması qərarı qanunsuzdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Ankaranı F-35 proqramından çıxarması qərarı barədə bəyanat yayıb. Bəyanatda deyilir ki, ABŞ-ın Türkiyəni F-35 proqramından çıxartması qərarı müttəfiqlik ruhuna zidd olan birtərəfli və qanunsuz addımdır.

Bəyanatda bildirilir: “Ağ Ev və ABŞ Müdafiə Nazirliyi bəyan etdi ki, bizim ölkəmiz S-400 komplekslərinin alınmasına görə F-35 proqramından çıxarılacaq. Bu birtərəfli addım müttəfiqlik ruhuna zidddir və qanuni əsaslara söykənmir. F-35 proqramının əsas tərəfdaşlarından biri olan Türkiyənin proqramdan çıxarılması ədalətsizdir. S-400 komplekslərinin F-35 qırıcılarına təhdid doğurması barədə iddialar əsassızdır. Türkiyənin bu məsələ üzrə NATO ilə birgə işçi qrupunun yaradılması barədə cavabsız qalan təklifi ABŞ-ın bu problemi vicdanla həll etmək istəməməsinin göstəricisidir”.

Qeyd edilir ki, ABŞ Türkiyə ilə əlaqələrin vacibliyini yalnız sözdə deyil, həm də hərəkətlərlə göstərməlidir: “Biz ABŞ-ı strateji əməkdaşlığımıza düzəlməz ziyan vuracaq bu səhvdən imtina etməyə çağırırq”.

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın